Rusiyada koronavirusa yoluxanların sayı milyonu ötüb
Tarix: 01-09-2020 12:11 | Bölmə: Dünya
Rusiyada koronavirusa yoluxanların sayı milyonu ötüb

Gün ərzində Rusiyanın 84 bölgəsində 4.729 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Reyting.az xəbər verir ki, bu barədə İnfeksiyanın yayılması ilə mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb.

Beləliklə, Rusiyada SARS-CoV-2 koronavirusuna yoluxanların sayı bir milyonu ötüb.

Son bir gündə koronavirus diaqnozu qoyulmuş xəstələrin sayına görə Moskva (641) birinci, Sankt-Peterburq (185), Moskva vilayəti (156), Rostov vilayəti (133), Nijni Novgorod vilayəti (132), Stavropol bölgəsi (125), Sverdlovsk bölgəsi gəlir (117). Krasnoyarsk bölgəsində yoluxma sayı 109 olub. Koronavirusa yeni yoluxma ən az Smolensk bölgəsində (doqquz), Yəhudi Muxtar Bölgəsində (altı), Sevastopol şəhərində (beş), Çeçenistanda (dörd), Pskov bölgəsində (üç) və Çukotkada (bir) qeydə alınıb.

Ümumilikdə, COVID-19 səbəbiylə Rusiyada epidemiya zamanı 17.3 min insan ölüb, 815 mindən çoxu insan sağalıb.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb