Rəsmi Ankara: "Avstriyanın Türkiyəni cəsusluqda ittiham etməsini heyrətlə qarşılayırıq"
Tarix: 02-09-2020 10:03 | Bölmə: Dünya
Rəsmi Ankara: "Avstriyanın Türkiyəni cəsusluqda ittiham etməsini heyrətlə qarşılayırıq"

“Avstriya rəsmilərinin ölkəmiz haqqında ortaya atdıqları əsassız iddialarını rədd edirik”.

Bunu Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy bildirib.

H.Aksoy deyib ki, Avstriyada Türkiyə adına cəsusluq edildiyinə dair iddialar Türkiyə ictimaiyyəti, eləcə də bu ölkədə yaşayan Türkiyə toplumunda təəssüf hissi yaradır və münasibətlərin korlanmasına gətirib çıxarır: “Avstriya hökumətinin qeyri-ciddi reflekslərlə ölkəmizi ittiham edən nəticələr çıxarmasını heyrətlə qarşılayırıq”.

Diplomat bildirib ki, Türkiyə XİN rəsmi Avstriyanı ölkəsi üzərindən süni gündəm yaradıb bunun arxasınca getməkdənsə, dövlətin təqdiri və ləyaqəti ilə hərəkət edərək səmimi əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, dünən Avstriya Daxili İşlər naziri “Türkiyə Avstriyanı bölmək istəyir” iddiası ilə bu ölkədə türk cəsusun tutulduğunu bildirib. Lakin “cəsus” deyilən şəxsin kimliyi açıqlanmayıb/APA.




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb