Peskov: "Belarusdakı Koordinasiya Şurası ilə əlaqələrin yaradılması müzakirə mövzusu deyil"
Tarix: 08-09-2020 18:19 | Bölmə: Dünya
Peskov: "Belarusdakı Koordinasiya Şurası ilə əlaqələrin yaradılması müzakirə mövzusu deyil"

"Belarusdakı Koordinasiya Şurası ilə əlaqələrin yaradılması müzakirə mövzusu deyil".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov Moskvanın Belarus müxalifətinin Koordinasiya Şurası ilə təmas qurmadığını bildirib.

"Bilirsiniz ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən bu qurum qanunsuz, konstitusiyaya zidd olduğu elan edildi, təbii ki, belə olan halda hər hansı bir təmasdan söhbət gedə bilməz”, Dmitri Peskov deyib.

Qeyd edək ki, Belarusda Prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs əsasında Belarus müxalifətinin Koordinasiya Şurası yaradılıb.

Yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç, hüquqşünaslar Liliya Vlasova və Maksim Znak, Minsk Traktor Zavodunun tətil komitəsinin nümayəndəsi Sergey Dilevskiy, Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova, S. Tixanovskayanın müttəfiqi Mariya Kolesnikova və Yanka Kupala teatrının keçmiş baş direktoru Pavel Latuşko İdarə Heyətinin üzvü seçiliblər/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər