Ərdoğanla Makron Şərqi Aralıq dənizindəki gərginliklə bağlı müzakirə aparacaq
Tarix: 22-09-2020 18:18 | Bölmə: Dünya
Ərdoğanla Makron Şərqi Aralıq dənizindəki gərginliklə bağlı müzakirə aparacaq

Bu gün yerli vaxtla saat 20.00-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olacaq.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şərqi Aralıq dənizində yaranan gərginlik fonunda dünyanın gözü bu görüşdə olacaq.

Bildirilib ki, tərəflərin Şərqi Aralıq dənizi ətrafında yaranan gərginliklə yanaşı, ikitərəfli əlaqələri də müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, Makron Ərdoğanı Yunanıstana görə az əvvəl təhdid edib. Rəsmi Ankara isə buna sərt cavab verib.

Bundan sonra Makron türk diliində Türkiyəyə danışıqlara başlamaq mesajı verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər