Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib - Video
Tarix: 23-09-2020 13:24 | Bölmə: Dünya
Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib

Belarus prezidenti seçildiyi elan edilən Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

BelTa-nın xəbərinə görə, andiçmə mərasimi “Müstəqillik sarayı”nda baş tutub.

Andiçmə mərasimi qapalı keçirilib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80 faiz səslə qalib gəldiyini elan edib. Onun əsas rəqibi Svetlana Tixanovskayanın 10 faiz səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələri ilə bağlı etirazlar başlayıb. S. Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}