13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Fransanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb
Tarix: 27-09-2020 15:16 | Bölmə: Dünya
Fransanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb

Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Fransa vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Mülki əhali arasında itkilərdən narahatlığını bildirib.

“Fransa Dağlıq Qarabağda hazırda gedən genişmiqyaslı toqquşma və mülki əhali arasında itkilərin olması ilə bağlı məlumatlardan çox narahatdır. Hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.

Minsk qrupunun həmsədri qismində Fransa rus və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə davamlı həllinə nail olmaq öhdəliyinə sadiq olduğunu bir daha bildirir”,-deyə bəyanatda qeyd edilib/Azərtac.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər