Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb
Tarix: 19-11-2020 20:17 | Bölmə: Dünya
Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb

Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.

O, xəstəxanaya yerləşdirilib.

Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər