Ermənistanda Qarabağda itkin düşmüş erməni hərbçilərlə bağlı komissiya yaradılıb
Tarix: 23-11-2020 17:28 | Bölmə: Dünya
Ermənistanda Qarabağda itkin düşmüş erməni hərbçilərlə bağlı komissiya yaradılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiyanın yaradılması barədə qərar qəbul edib.

“Sputnik Armenia”ın verdiyi xəbərə görə, bu barədə Baş nazirin köməkçisi Nairi Sarkisyan itkin düşmüş hərbçilərin yaxınları ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu gün Baş nazir itkin düşmüş hərbçilərlə bağlı genişləndirilmiş iclas keçirib.

İtkin düşmüş hərbçilərlə bağlı qurumlararası komissiya Baş nazirin müavinin rəhbərliyi altında fəaliyyət göstərəcək, qısa müddət ərzində itkin düşmüş hərbçilərin valideynləri və yaxınları onların yeri və vəziyyəti barədə məlumatlandırılacaqlar.

Qeyd edək ki, artıq bir neçə gündür Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin (MN) binası qarşısında etiraz aksiyası keçirirlər/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}