Yaponiyada intihardan ölənlər COVID-19-dan daha çoxdur
Tarix: 29-11-2020 14:55 | Bölmə: Dünya
Yaponiyada intihardan ölənlər COVID-19-dan daha çoxdur

Koronavirus pandemiyası bütün dünyada daha geniş yayıldığı bir vaxtda Yaponiya psixi sağlamlıq böhranı ilə qarşılaşıb və daha çox insan koronavirusdan deyil, intihar etməkdən ölür.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Milli polis agentliyinin məlumatına görə, təkcə oktyabr ayında ölkədə 2153 intihar faktı qeydə alınıb. Bu il ərzində isə Yaponiyada 17 mindən çox insan özünü öldürüb. Koronavirusdan ölənlərin sayı isə 2 min nəfərdən azdır.

Ekspertlərin fikrincə, intihar nisbətindəki vəziyyət, əhalinin uzun sürən karantinlər, təcrid, işsizlik və digər maddi problemlər səbəbindən psixi problemlərini daha da artırıb.

Yaponiyada tarixən intihar səviyyəsi yüksək olsa da, ancaq son illərdə azalmağa başlamışdı və pandemiya səbəbindən yenidən artıb.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər