Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
Tarix: 29-11-2020 16:48 | Bölmə: Dünya
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb

Fransada 28 noyabr mitinqində 62 polis əməkdaşının yaralandığı bildirilir.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, 23 polis əməkdaşı Parisdəki, qalanı isə əyalətlərdəki etiraz aksiyaları zamanı yaralanıb.

Eyni zamanda bildirilir ki, aksiya iştirakçısı olan 2 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı Baş Polis Müfəttişliyinə şikayət edib.

Qeyd edək ki, ötən gün Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}