12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Avropa Liqası: "Qarabağ"ın üzvü qaydanı ən çox pozan oyunçular siyahısında yer alıb
Tarix: 11-12-2020 15:24 | Bölmə: Dünya
Avropa Liqası: "Qarabağ"ın üzvü qaydanı ən çox pozan oyunçular siyahısında yer alıb

Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, "Qarabağ"ın futbolçusu Filip Ozobiç qrup mərhələsində ən çox qayda pozuntusuna yol verən oyunçuların siyahısında yer alıb.

29 yaşlı xorvatiyalı yarımmüdafiəçi 4 oyunda 16 dəfə qaydanı pozub. Ozobiç bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb.

Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Falçinelli 26 "foul"la ilk sırada qərarlaşıb. Niderland PSV-sindən İbrahim Sanqare ikinci (19), "Srvena Zvezda"nın digər oyunçusu Seku Sonoqo (17) isə üçüncüdür.

Ozobiç cəza səbəbindən IV turun "Sivasspor"la matçını buraxıb. O, ilk 3 turda və 5-ci turda meydana çıxıb. Ağdam klubunda koronavirusa kütləvi yoluxma baş verdiyi üçün VI turda İspaniyada "Vilyarreal"la görüş gerçəkləşməyib.

Qeyd edək ki, "Qarabağ" I qrupunda 5 oyuna 1 xal toplayaraq, sonuncu pillədə qərarlaşıb. Azərbaycan çempionuna "Villarreal"la matça çıxmadığı üçün texniki məğlubiyyət verilə bilər/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər