16:39 / 28-11-2024
Sabah qar yağacaq
Avropa Komissiyası: "Əhalinin ən azı 70%-i peyvənd edilməlidir"
Tarix: 19-01-2021 20:01 | Bölmə: Dünya
Avropa Komissiyası: "Əhalinin ən azı 70%-i peyvənd edilməlidir"

Avropa Komissiyası koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə yay aylarına qədər Avropa İttifaqı ölkələrinin (Aİ) əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib.

Bu barədə Avropa Komissiyasının pandemiyaya qarşı mübarizəni gücləndirmək üçün tövsiyə etdiyi tədbirlərdən ibarət sənəddə qeyd olunub.

Bildirilib ki, Aİ-yə üzv ölkələrin hökumətləri  peyvənd kampaniyalarının sürətinə və peyvənd olunacaq prioritet qruplara özləri qərar verir.  Avropa Komissiyası Aİ-yə üzv ölkələrin yay aylarına qədər əhalinin 70%-ni peyvənd olunmasını tövsiyə edib və bildirib ki, bu, təxminən 200 milyondan çox insanın peyvənd olunması deməkdir.

Sənəddə həmçinin mart ayına qədər Aİ ölkələrində 80 yaşdan yuxarı insanların ən az 80%-i və səhiyyə işçilərinin 80%-nin peyvənd olunması tövsiyə olunub. Aİ indiyədək təxminən 2.3 milyard doza COVID-19 peyvəndi sifariş verib. İndiyədək yalnız iki peyvənd - BioNTech" - "Pfizer" və "Moderna"nın peyvəndləri Aİ-də istifadə təsdiqini alıb.

Aİ "Pfizer"-"BioNTech" tərəfindən hazırlanan peyvənddən 600 milyon doza sifariş verib və artıq ilkin tədarük Aİ-yə göndərilib və ilin sonunadək bu davam edəcək. Avropa Komissiyası Aİ ölkələrinə səyahəti asanlaşdırmaq üçün bu ayın sonan qədər peyvənd sertifikatlarında ortaq yanaşma tətbiq etməyə çağırıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər