Türkiyə hərbçiləri terrorçuları zərərsizləşdirib
Tarix: 20-01-2021 01:37 | Bölmə: Dünya
Türkiyə hərbçiləri terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı olan YPG-nin üç terrorçusunu məhv edib.

“Anadolu” agentliyinin Türkiyənin Milli Müdafiə Nazirliyi istinadla verdiyi məlumata görə, silahlılar "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.

"Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.

PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə qanlı cinayətlər həyata keçirib. Terror təşkilatının üzvləri tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}