17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Somali ordusu rəhbərinin müavininə sui-qəsd cəhdi olub, ölənlər var
Tarix: 28-02-2021 14:47 | Bölmə: Dünya
Somali ordusu rəhbərinin müavininə sui-qəsd cəhdi olub, ölənlər var

Somalinin paytaxtı Moqadişoda ölkənin Müdafiə Qüvvələrinin rəis müavini, general Abas Amin Əliyə sui-qəsd cəhdi zamanı azı 2 nəfər həlak olub.

Bu barədə “Somali Guardian” xəbərlər portalı bildirib.

Qeyd edilir ki, general özü hadisə zamanı sağ qalıb.

Hadisə şəhərin mərkəzi küçələrindən birində olub. Ölkənin Müdafiə Qüvvələrinin rəis müavininin olduğu avtomobilin yaxınlığında əldəqayrılma bomba partlayıb. Nəticədə generalın iki mühafizəçisi həlak olub, həmçinin daha biri yaralanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}