Çavuşoğlu ilə Zalkaliani Cənubi Qafqazla bağlı müzakirə aparıblar
Tarix: 22-04-2021 22:40 | Bölmə: Dünya
Çavuşoğlu ilə Zalkaliani Cənubi Qafqazla bağlı müzakirə aparıblar

Rumıniyanın paytaxtı Buxarestdə Gürcüstan və Türkiyənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu ilə David Zalkaliani arasında keçirilən görüşdə Cənubi Qafqazda cari proseslər və təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Tərəflər bölgənin inkişafı üçün sülhün dəstəklənməsinin önəmini vurğulayıblar.

Nazirlər Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platformasının yaradılması təşəbbüsünü bir daha alqışlayıblar.

Görüşdə Gürcüstan tərəfi rəsmi Tbilisinin müxtəlif regional formatlar üzrə mövqeyini təsdiqləyib və cəlb olunacaq bütün tərəflərin ərazi bütövlüyü və suverenliyinə hörmətə əsaslanan mövqenin vacibliyini qeyd edib.

XİN başçıları həmçinin Ukrayna ətrafındakı vəziyyət, həmçinin Gürcüstanın işğal altında olan bölgələri ilə bağlı fikir mübadiləsi aparıblar/Report.




Bölməyə aid digər xəbərlər
10-05-2021, 12:01 İran İraqa nota verib

bütün xəbərlər
{sape_links}{sape_article}