BMT Baş katibi İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb
Tarix: 15-05-2021 00:31 | Bölmə: Dünya
BMT Baş katibi İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Fələstini və İsraili döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır.

Bu barədə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqində bildirib.

"Baş katib bütün tərəfləri Qəzzada və İsraildə döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırır", - Dyujarrik deyib.

BMT həmçinin İsrail və Fələstini münaqişənin həllində vasitəçilik yardımı göstərmələrinə icazə verməyə çağırıb.

Stefan Dyujarrikin sözlərinə görə, hərbi əməliyyatlar təhlükəsizlik böhranı ilə yanaşı, humanitar böhrana da səbəb ola və əlavə olaraq bölgədə ekstremizmin daha da artmasına səbəb ola bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}