Türkiyədən gözlənilməz addım – Kamikadze-dron satıb
Tarix: 22-07-2021 17:19 | Bölmə: Dünya
Türkiyədən gözlənilməz addım – Kamikadze-dron satıb

Türkiyə ilk dəfə başqa bir ölkəyə kamikaze pilotsuz təyyarəsini satıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə “Hurriyet Daily News” pilotsuz təyyarələri istehsal edən firma olan STM-yə istinadla xəbər verir.

Təchizat müqaviləsinin imzalanmasına dair danışıqlar ən yüksək səviyyədə aparılıb. Pilotsuz təyyarələrin kimin üçün nəzərdə tutulduğu barədə məlumat verilmir.

"Müqavilənin şərtlərinə görə, “Kargu” pilotsuz təyyarələrinin tədarükü 2021-ci ildə başa çatacaq", –şirkətin açıqlamasında deyilir.

15 iyulda Ukrayna dəniz qüvvələrinin Türkiyədə istehsal olunan “Bayraktar TB2” pilotsuz kompleksi aldığı məlum olub. Ukrayna dövlətinin bu tip pilotsuz təyyarələrin bir hissəsini türk istehsalçılarından satın alması faktını prezident Zelenski ayın əvvəlində elan etmişdi.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}