09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistan iqtisadiyyat nazirinin müavini və müşaviri İrana səfər edəcək
Tarix: 26-07-2021 14:15 | Bölmə: Dünya
Ermənistan iqtisadiyyat nazirinin müavini və müşaviri İrana səfər edəcək

Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan və onun ictimai əsaslarla fəaliyyət göstərən müşaviri Rafael Gevorkyan iyulun 27-29-da İrana səfər edəcək.

“Sputnik Armeniya” xəbər verir ki, onların ezamiyyəti ilə bağlı Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan uyğun sənəd imzalayıb.

Bildirilib ki, Teryan və Gevorkyanın Tehranda sosial təminatlı sərmayə şirkətlərinin rəhbərləri ilə görüşərək Ermənistan-İran əməkdaşlığının genişləndirilməsini müzakirə etmələri nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin əvvəlində Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Səfər çərçivəsində bir sıra razılaşmalar əldə edildiyi bildirilmişdi/Report.




Bölməyə aid digər xəbərlər