09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Türkiyə XİN: “Əfqan qaçqınları qəbul etmək fikrimiz yoxdur”
Tarix: 27-07-2021 10:55 | Bölmə: Dünya
Türkiyə XİN: “Əfqan qaçqınları qəbul etmək fikrimiz yoxdur”

Türkiyə Əfqanıstandakı vəziyyətin gərginləşməsindən sonra digər ölkələrin beynəlxalq öhdəliklərini götürmək və yeni miqrant dalğasını qəbul etmək niyyətində deyil.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgicin bildirib.

Diplomat deyib: “Türkiyəni əfqan qaçqınları üçün “ən uyğun yer” adlandıran Avstriya kansleri Sebastian Kurzun açıqlaması ilə qarşılaşdıqda təəccübləndik. Türkiyə heç bir halda üçüncü ölkələrin beynəlxalq öhdəliklərini boynuna götürməyəcək və yeni köç dalğasını qəbul etməyəcək. Bu barədə bütün səviyyələrdə tərəfdaşlarımızı məlumatlandırırıq və Türkiyənin Avropa İttifaqına sərhəd gözətçisi və sığınacaq istəyənlər üçün düşərgə olmayacağını qeyd edirik".

Bundan əvvəl Kurz “Bild” qəzetinə verdiyi müsahibədə Əfqanıstandan olan qaçqınların ya ölkələrinin təhlükəsiz bölgələrinə, ya da Türkiyəyə qaçmaları lazım olduğu fikrini dilə gətirib. Avstriya kanslerinin sözlərinə görə, bu seçim Avstriya, Almaniya və ya İsveçdə sığınacaq tapmağa çalışmaqdan daha yaxşı olardı.




Bölməyə aid digər xəbərlər