09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Mossad” casusları zərərsizləşdirilib – Çoxlu silah müsadirə olunub
Tarix: 27-07-2021 13:51 | Bölmə: Dünya
“Mossad” casusları zərərsizləşdirilib – Çoxlu silah müsadirə olunub

İranın Kəşfiyyat Nazirliyi (“Ettelaat”) “Mossad”ın terror şəbəkəsini zərərsizləşdirdiyini açıqlayıb.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, nazirliyinin bəyanatında konkret məkan göstərilmədən İranın qərb sərhədlərində təxribatçı fəaliyyətlə məşğul qrupun faş edildiyi bildirilib.

İsrail casuslarının həbs olunduğu, çoxlu silah-sursatın müsadirə edildiyi açıqlanıb. "Kəşfiyyat Nazirliyi xalqın, xüsusən də İslami İranın düşmənləri qarşısında ölkənin qərb vilayətlərində yaşayan soydaşların daim ayıq olmasına təşəkkür edərək, xalqın bütün təbəqələrini şübhəli təkliflərdən vaz keçməyə çağırır”, – deyə “Ettelaat”ın bəyanatında qeyd olunur.




Bölməyə aid digər xəbərlər