07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rusiya XİN Estoniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib
Tarix: 03-08-2021 14:38 | Bölmə: Dünya
Rusiya XİN Estoniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib

Estoniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, iyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun baş konsulu Mart Lyatte diplomatik statusa uyğun olmayan fəaliyyəti ilə əlaqədar "persona non qrata" elan edilib. Buna cavab olaraq isə Estoniya XİN iyulun 15-də Rusiyanın Estoniyadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

"Bununla əlaqədar Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz təqdim olunub və qarşılıqlılıq prinsip əsasında Estoniyanın Moskvadakı diplomatik nümayəndəliyinin bir işçisinin "persona non qrata" elan edildiyi, həmin şəxsin bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olduğu barədə səfir nota alıb", - deyə Rusiya XİN-nin məlumatında qeyd edilib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}