16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Keçmiş Baş nazir saxlanılıb - Səbəb
Tarix: 03-08-2021 15:50 | Bölmə: Dünya
Keçmiş Baş nazir saxlanılıb

Qırğızıstanın keçmiş Baş naziri Temir Sarıyev “Kumtor” qızıl mədəninin işlənməsi zamanı korrupsiya işi ilə əlaqədar saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu haqda ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTDK) məlumat yayıb.

Qırğızıstanın keçmiş prezidenti Askar Akayev Bazar ertəsi Bişkekə gətirilib. O, "Kumtor işi" üzrə MTDK-da dindirildikdən sonra bu işlə bağlı sualları cavablandırdığını və istintaqa kömək etmək istədiyini bildirib.

Dövlət Komitəsinin mətbuat xidməti xəbər verib ki, keçmiş sabiq Baş nazir Temir Sarıyev də saxlanılıb.

"Kumtor" yatağının işlənməsi layihəsinin müxtəlif mərhələlərində korrupsiya faktları ilə bağlı araşdırma davam edir. “İstintaq hərəkətlərinin nəticələrinə və işdə əldə edilmiş sübutlara əsasən, avqustun 3-də istintaq Sarıyevin saxlanılmasına qərar verib. O, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

İstintaqa görə, İqtisadiyyat naziri və eyni zamanda, müvafiq Dövlət Komissiyasının sədri olan Sarıyev "Kumtor" mədəninin istismarından ətraf mühitə dəymiş ziyanın miqdarını bir neçə milyard som azaldaraq dövlətə böyük ziyan vurub. Yaxın 48 saat ərzində məhkəmə qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev Qırğızıstanın keçmiş prezidentləri Askar Akayev və Kurmanbek Bakiyevin "Kumtor" qızıl mədəninin işlənməsindəki korrupsiya səbəbiylə axtarışa verildiyini söyləmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}