Pentaqon binasının yaxınlığında atışma olub - Yaralılar var
Tarix: 04-08-2021 00:06 | Bölmə: Dünya
Pentaqon binasının yaxınlığında atışma olub

ABŞ paytaxtında, Pentaqon binasının yaxınlığında atışma olub. Atışma nəticəsində dövlət qurumlarından birinin əməkdaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə yerli “WDVM” telekanalı təcili tibbi yardım xidmətinə istinadla məlumat yayıb.

Hadisə yaxınlıqdakı metro stansiyasının qarşısında baş verib. Azı üç yaralı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Pentaqon əməkdaşı və ya polis zabiti olub-olmadığı hələlik məlum deyil.

Pentaqon hazırda hadisə ilə əlaqədar bağlanıb. Əhalidən bu ərazidən uzaq durmalarını xahiş olunub.

Binanın təhlükəsizliyi ilə məşğul olan orqanın “Twitter” səhifəsində qeyd olunub ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Təhlükəsizlik xidməti işçilərə kompleksi tərk etməməyi tapşırıb.

Bəzi mənbələr atışma zamanı ölənlərin də olduğunu iddia edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}