Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb
Tarix: 04-08-2021 16:39 | Bölmə: Dünya
Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb.

Bunu Gürcüstranın səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son iki gün ərzində sutkalıq yoluxmanın 4 mindən çox olması koronavirusun dördüncü dalğasının pik həddi olduğunu göstərir. Nazir müavini qeyd edib ki, epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv iş davam etdirilir.

T. Qabunia xəstəliyin yayılmasının qarşısının alınması üçün insanları tibbi maskadan daha çox istifadəyə çağırıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}