09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Taliban” döyüşçüləri sabiq vitse-prezidentin evini yandırıblar
Tarix: 06-08-2021 16:03 | Bölmə: Dünya
“Taliban” döyüşçüləri sabiq vitse-prezidentin evini yandırıblar

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın şimalındakı Cuzcan əyalətinin mərkəz şəhəri Şiberqana daxil olublar.

Yerli KİV-lər xəbər verir ki, hazırda şəhərdə döyüşlər gedir.

“Taliban” döyüşçüləri ölkənin sabiq vitse-prezidenti, özbək səhra komandiri Rəşid Dustumun evini yandırıblar.

“Xinhua” xəbər verir ki, Əfqanıstan ordusunun verdiyi açıqlamaya görə, şəhər ətrafındakı döyüşlər zamanı “Taliban”ın 40 üzvü öldürülüb, 15-i əsir götürülüb.




Bölməyə aid digər xəbərlər