09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Türkiyənin 5 vilayətində yanğınlar davam edir
Tarix: 07-08-2021 11:26 | Bölmə: Dünya
Türkiyənin 5 vilayətində yanğınlar davam edir

Türkiyədə son 10 gündə 47 vilayətdə 209 yanğın nəzarətə alınıb.

Reyting.az
-ın məlumatına görə, bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yanğınların son vəziyyətilə bağlı paylaşdığı məlumatda qeyd edib.

Nazir Muğlada 8 yerdə (Marmaris və Milas rayonlarının hər birində iki yanğın, Kavaklıdere, Yılanlı, Seyidkemer və Yatağanda bi yanğın), Aydında 2 yerdə (Karacasu, Bozdoğan), İspartada (Sütçüler), Karabürkdə (Mərkəz) və Burdurda (Gölhisar) hər birində bir yanğın olmaqla, ümumilikdə 13 yerdə yanğınların söndürülməsi və qarşısının alınması üçün mübarizənin davam etdirildiyini bildirib.(APA)




Bölməyə aid digər xəbərlər