09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Paşinyanı Qarabağ maraqlandırmır” - Armen Badalyan
Tarix: 07-08-2021 21:20 | Bölmə: Dünya
“Paşinyanı Qarabağ maraqlandırmır”

“Qarabağ məsələsi artıq Paşinyan hökumətini maraqlandırmır”.

Reyting.az
xəbər verir ki, bunu siyasi strateq Armen Badalyan NEWS.am saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələləri ilə bağlı daimi parlament komissiyasının yaradılması hakim siyasi qüvvə üçün təhlükəli idi, çünki onun siyasəti Qarabağı unutmaqdır. "Bu komissiya sizi Qarabağ haqqında hər zaman xatırlatacaq. Bu, hakimiyyətin xarici siyasət doktrinasına zidd olardı. Təbii ki, bu komissiyanı yaratmaq istəmədilər. Onu yaratmadan, səlahiyyətlilər dünyaya Qarabağın artıq bizim üçün maraqlı olmadığını, artıq bununla məşğul olmayacağımızı açıqladılar. Qarabağın erməni icmasına isə başa salındı: özünüzə çarə tapın”.




Bölməyə aid digər xəbərlər