Kreml: "Putin-Əsəd görüşü təhlükəsizliklə bağlı elan olunmayıb"
Tarix: 14-09-2021 15:13 | Bölmə: Dünya
Kreml: "Putin-Əsəd görüşü təhlükəsizliklə bağlı elan olunmayıb"

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezideni Bəşər Əsəd arasında görüş təhlükəsizlik səbəbi ilə bağlı elan olunmayıb.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Müəyyən təhlükəsizlik tədbirləri var ki, onlara riayət olunması lazımdır. Bu, olduqca məlum məsələdir. Bu səbəbdən liderlərin görüşü əvvəlcədən elan olunmamışdı”, - deyə o vurğulayıb.

D. Peskov vurğulayıb ki, Putin-Əsəd danışıqları barədə KİV-ə məlumat Suriya Prezidenti ölkəsinə qayıtdıqdan sonra təqdim olunub.

Qeyd edək ki, Kreml bu gün səhər Moskvada V. Putinlə B. Əsəd arasında sentyabrın 13-də danışıqların baş tutduğu barədə məlumat yayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər