İranın 10 şəhərində məktəblər distant təhsilə keçib
Tarix: 07-12-2021 13:55 | Bölmə: Dünya
İranın 10 şəhərində məktəblər distant təhsilə keçib

İranın paytaxtı Tehranda və 9 ətraf şəhərdə məktəblə distant təhsil sisteminə keçib.

Buna havanın həddən artıq çirkli olması səbəb olub.

Tehran meriyasının qərarı ilə, Tehran, Rey, Kəhrizək, İslamşəhr, Cavadabad, Pakdəşt, Qərçək, Pişva və Vəramin şəhərlərində uşaq bağçaları və məktəblər distant təhsil sisteminə keçib.

Bundan başqa, Tehran əyalətində bəzi sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul olunub.

Eləcə də əyalətdə dizel yanacağı istifadə edən yük maşınlarının gecələr hərəkət etməsinə məhdudiyyət qoyulub.

Tehranda havanın həddən artıq çirkli olması səbəbindən 8-9 dekabrda paytaxtın müxtəlif meydan və küçələrində təcili tibbi yardım xidməti maşınları növbə tutacaq.

Qeyd edək ki, İranın paytaxtı Tehran dünyanın ən çox çirklənən şəhərlər siyahısında ilk onluqda yer alır/APA.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}