20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Yeni komitə yaradıldı; Suriya ilə bağlı qərar verildi - Bəyanat
Tarix: 30-01-2018 22:45 | Bölmə: Dünya
Yeni komitə yaradıldı; Suriya ilə bağlı qərar verildi

Suriyadakı müharibəyə son qoyulması üçün Soçi şəhərində toplantı keçirilib. Bu gün baş tutan toplantıda bəyanat qəbul edilib.

Reyting.az xəbər verir ki, hələlik toplantıda iştirak edən bütün tərəflər Suriyanın ərazi bütövlüyünə qərar veriblər.

Hələlik mətni tam açıqlanmayan bəyanatda bildirilir ki, Suriyanın ərazi bütövlüyü pozulmayacaq və xalq öz gələcəyinə seçki ilə qərar verəcək. “Etnik və dini kökəninə baxmayaraq, bütün Suriya xalqı eyni hüquqa sahib bərabər insanlardır",- deyə bəyanatda bildirilir.

Toplantıda savaşın dərhal sona çatdırılmasının vacibliyi də qeyd olunur.

Toplantıda ölkəni yenidən bütövləşdürmək üçün Ali Qanun Komitəsi də yaradılıb. Komitədə Suriya rejimi ilə yanaşı, müxalif və müstəqil hərbi qüvvələr, o cümlədən əşirət liderləri təmsil olunacaqlar.

Bəyanatda yeni yaradılan komitə ilə bağlı bəzi məsələlərin BMT-nin təşəbbüsü ilə Cenevrədə keçiriləcək toplantıda həllini tapacağı bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər