16:39 / 28-11-2024
Sabah qar yağacaq
Almaniyalı siyasətçi: “Rusiyanın SWIFT-dən kənarlaşdırılması dünya üçün çox ciddi fəsadlar yarada bilər”
Tarix: 16-01-2022 19:39 | Bölmə: Dünya
Almaniyalı siyasətçi: “Rusiyanın SWIFT-dən kənarlaşdırılması dünya üçün çox ciddi fəsadlar yarada bilər”

Almaniya Xristian Demokrat Birliyinin (XDB) gələcək potensial sədri Fridrix Mers bəyan edib ki, Rusiyanın beynəlxalq banklararası sistemə (SWIFT) girişini məhdudlaşdırmaq pul bazarı üçün “atom bombası” effekti verər.

“Əgər buna bənzər bir hal baş verərsə, mən ilk növbədə, bizim iqtisadiyyatımız üçün kütləvi iqtisadi tənəzzülü indidən görürəm. Düzdür, bu, Rusiyaya da toxunacaq, amma nəhəng ixrac dövləti kimi bizə əhəmiyyətli dərəcədə ziyan vura bilər”, - TASS alman siyasətçisindən sitat gətirir.

XDB-nin gələcək lideri həmçinin qeyd edib ki, Moskvanın SWIFT-dən kənarlaşdırılması bu beynəlxalq ödəniş sisteminin təməllərini silkələyə bilər. Cənab Mers bunun yalnız Avropa-Rusiya arasındakı ticarət dövriyyəsi üçün yox, ümumiyyətlə, dünya ticarəti üçün çox ciddi fəsadlara səbəb olacağını vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər