11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Bu gün Braziliyada prezident seçkiləridir
Tarix: 02-10-2022 07:50 | Bölmə: Dünya
Bu gün Braziliyada prezident seçkiləridir

Bu gün Braziliyada prezident seçkiləri keçiriləcək.

Reyting.az
xəbər verir ki, səvermənin sonunda növbəti 4 ildə ölkəyə rəhbərlik edəcək şəxsin adı məlum olacaq.

212 milyondan çox əhalisi olan Braziliyada təxminən 156 milyon seçici prezident və vitse-prezidenti, həmçinin 26 ştatın və paytaxt Braziliyanın daxil olduğu Federal Dairənin qubernatorlarını seçəcək.

Prezidentlik yarışında namizədlərdən hər hansı biri etibarlı səslərin 50 faizindən çoxunu ala bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd oktyabrın 30-da keçiriləcək ikinci tur seçkilərdə ölkəni idarə etmək üçün mübarizə aparacaq.

11 namizədin mübarizə apardığı seçkilərdə Liberal Partiyasının namizədi sağçı prezident Jair Bolsonaro və İşçi Partiyasının solçu namizədi, keçmiş prezident Luiz İnasio Lula da Silva ön plandadır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}