21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İsveç PKK-çını Türkiyəyə təhvil verib
Tarix: 03-12-2022 13:45 | Bölmə: Dünya
İsveç PKK-çını Türkiyəyə təhvil verib

İsveç PKK-çı Mahmut Tatı Türkiyəyə təhvil verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2015-ci ildə Türkiyədə haqqında açılan cinayət işinə görə ölkədən qaçaraq İsveçə sığınan Mahmut Tatın geri verilməsi üçün o vaxtdan danışıqlar aparılıb. Lakin İsveç müxtəlif bəhanələrlə onu Türkiyəyə verməyib.

Məlumata görə, indisə İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan memoranduma əsasən rəsmi Ankaranın tələb etdiyi şəxslərdən birini Mahmut Tatı geri verib.

Onu da qeyd edək ki, Mahmut Tat barəsində 2015-ci ildə qiyabi məhkəmə hökmü çıxarılıb. O, 6 il 10 ay həbs cəzasına məhkum olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər