16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir
Tarix: 03-12-2022 17:16 | Bölmə: Dünya
Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir

“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.

“RBK Ukraina” xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, rusların ciddi müdafiəsinə baxmayaraq, irəliyə doğru hərəkət edilir: “Demək olar ki, hər metr uğrunda döyüşlər gedir. Amma böyük irəliləyişlərin olduğunu demək olmaz”.

"Ruslar kifayət qədər ciddi hazırlaşa biliblər. Əraziyə daha çox tikinti materialları, texnika və yeni səfərbər olunanlar gətirilir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri yavaş-yavaş irəliləyir”, - o vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}