Podolyakdan istefalara reaksiya: “Hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir"
Tarix: 24-01-2023 13:06 | Bölmə: Dünya
Podolyakdan istefalara reaksiya: “Hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir"

“Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

M.Podolyak bildirib ki, bu ictimai tələbin nəticəsidir/eport.

Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefaya göndərilib.

Daha əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç vəzifəsindən azad edilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər