MHP lideri jurnalistin qətllə bağlı sualına qəzəbli reaksiya verib
Tarix: 24-01-2023 17:12 | Bölmə: Dünya
MHP lideri jurnalistin qətllə bağlı sualına qəzəbli reaksiya verib

MHP lideri Devlet Bahçeli bu gün partiyasının qrup toplantısından çıxarkən jurnalistin ünvanladığı suala sərt reaksiya verib.

Reyting.az
xəbər verir ki, MHP lideri az əvvəl İstanbulda güllələnərək öldürülən "Ülkü Ocakları"nın keçmiş başqanı Sinan Ateşlə bağlı sualı tam dinləmədən mikrafonu geri itələyib və jurnalistə qəzəblənib: "Hadi, işinə bax, hadi buradan".

Xatırladaq ki, bir aydan çoxdur öldürülən Sinan Atəşlə bağlı MHP ta ötən həftəyə kimi səssizliyini qoruyub. Ötən həftə Bahçeli qətlə ümumi şəkildə toxunaraq, deyib ki, bu sui-qəsdlə partiyasini qaralamaq istəyənlər var. MHP lideri bu məsələdə FETÖ-ya bağlı qrupları da hədəfə alıb.

E.KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər