Ağ ev ÇXR-in Ukraynada “sülh planı”na şübhə ilə yanaşır
Tarix: 28-02-2023 09:31 | Bölmə: Dünya
Ağ ev ÇXR-in Ukraynada “sülh planı”na şübhə ilə yanaşır

Birləşmiş Ştatlar Çinin Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanmasına dair təşəbbüsünün ciddiliyinə inanmır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays bəyan edib.

Məlumatda qeyd olunur ki, ÇXR Xarici İşlər Naziriyi ötən cümə günü Ukraynada vəziyyəti nizamlaya biləcək sazişin 12 bənddən ibarət şərtlərini dərc edib. Onların arasında Moskva və Kiyev arasında dialoqun bərpa edilməsi, bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılması, istənilən xarakterli təxribatlardan imtina edilməsi kimi bəndlər də var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər