Finlandiya prezidenti Rusiya lideri ilə danışıqlara hazırdır
Tarix: 10-03-2023 12:50 | Bölmə: Dünya
Finlandiya prezidenti Rusiya lideri ilə danışıqlara hazırdır
Sauli Niinistö

Finlandiya prezidenti Sauli Niinistö bəyan edib ki, hər hansı bir fayda olacağı təqdirdə Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırdır. Reyting.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində deyib.

S. Niinistö əlavə edib ki, V. Putinlə danışıqlara hazır olsa da, hazırda bu danışıqlardan fayda gözləmir.

Qeyd edək ki, bundan əvvəl Finlandiya hakimiyyəti İsveçi gözləmədən NATO-ya qoşulmağa hazır olduqlarını bildirib və Türkiyənin oxşar ərizəsini təsdiq etməsini gözləməyəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}