18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsraildəki gərginliyi Bayden administrasiyası yaradır?
Tarix: 27-03-2023 12:27 | Bölmə: Dünya
İsraildəki gərginliyi Bayden administrasiyası yaradır?

"İsraildə etirazçılar barrikadalar qürur, artıq baş nazir Netanyahunun evinə hücum edirlər. Mart ayının əvvəllində bu mövzuya toxunaraq ehtimal etmişdim ki, etirazçılara Bayden administrasiyası dəstək verir".

Bunu Reyting.az-a beynəlxalq münasibətlər üzrə ekspert Fuad Çıraqov bildirib.

Onun sözlərinə görə, Netanyahu da bunu iki dəfə açıq deyib:

"Müdafiə naziri vəzifəsindən azad ediləndən sonra baş nazirlə təhlükəsizlik sistemi arasında qarşıdurma yaranıb. Hələ İsrail tarixində belə şey olmayıb. Netanyahu çox ağır sınaqlardan çıxsa, Obamanı “fırlatsa” da, heç vaxt belə çətin vəziyyətlə üzləşməyib".

F. Çıraqov əlavə edib ki, hələ ayın əvvəlində İsraildə çox mühüm və maraqlı proseslərin başlayacağını proqnozlaşdırıb: "İsraildə hazırda baş verən bu iğtişaşların təbii ki, əsas səbəblərindən biri bu cəmiyyətin son dövrlərdə həddindən artıq qütbləşməsidi. Digər Qərb cəmiyyətlərində olduğu kimi, sol/liberal və sağlar/mühafizəkarlar radikallaşıb, uçurum dərinləşib, bir-biri ilə daha barışmaz mövqe ortaya qoyurlar. Bu, bəzi Qərb cəmiyyətlərində artıq vətəndaş qarşıdurması həddinə çatıb. İsraildə bu günlərdə baş verənlərin bəhanə-səbəbi Netanyahunun məhkəmə islahatı cəhdidir. Demokrat administrasiyasının hələ Obama dövründən Netanyahu ilə ulduzu barışmayıb. 2015-ci ildə Obamanın komandası Netanyahunu devirməyə çalışsa da, bu istəyi alınmayıb. İndi də Netanyahunun hakimiyyətə qayıdışını qəbul edə bilmirlər".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər