Rusiya ABŞ-a nota verib
Tarix: 27-04-2023 17:06 | Bölmə: Dünya
Rusiya ABŞ-a nota verib

ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, etiraz notasının təqdim edilməsinə səbəb Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfəri üçün onu müşayiət edən jurnalistlərə vizaların verilməməsi olub.

XİN bəyan edib ki, Rusiya ABŞ-ın rusiyalı jurnalistlərə qarşı hərəkətlərinə qarşı cavab tədbirlərini davam etdirəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}