Rumıniya Türkiyədən 321 milyon dollara 18 ədəd PUA alacaq
Tarix: 27-04-2023 17:11 | Bölmə: Dünya
Rumıniya Türkiyədən 321 milyon dollara 18 ədəd PUA alacaq

Rumıniya Türkiyədən 321 milyon dollara 18 ədəd “Bayraktar” pilotsuz uçan aparatı (PUA) alacaq. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan bildirib.

Səfir “Tvitter” hesabında qeyd edib ki, Rumıniya Türkiyə ilə dost, Qara dəniz qonşusu və NATO müttəfiqidir. Onun sözlərinə görə, Rumıniyanın “Bayraktar TB2” SİHA-nı öz inventarına əlavə etməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni təzahürüdür.

Xatırladaq ki, Rumıniya Müdafiə Nazirliyi ötən ilin sentyabrında təxminən 300 milyon dollar dəyərində “Bayraktar” pilotsuz təyyarələri almaq niyyəti barədə bəyanat yaysa da, bunun üçün ölkə parlamentinin təsdiqini gözləyirdilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}