16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Vaqner”in başçısı: “Türkiyə və ABŞ vətəndaşlarının meyitlərini ölkələrinə göndərdik” - Foto
Tarix: 26-05-2023 14:13 | Bölmə: Dünya
“Vaqner”in başçısı: “Türkiyə və ABŞ vətəndaşlarının meyitlərini ölkələrinə göndərdik”

Rusiyanın muzdlu qruplaşması “Vaqner” Ukraynada həyatını itirən ABŞ və Türkiyə vətəndaşlarının meyitlərini ölkələrinə göndərdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, “Vaqner”in lideri Priqojin Türkiyə bayrağına bükülən tabutun qarşısında çəkdirdiyi fotosunu da paylaşıb.

Priqojinin dediyindən belə məlum olur ki, “Vaqner” ötən gün Ukraynanın Baxmut bölgəsində baş verən qarşıdurmada həyatını itirən ABŞ vətəndaşı və binada meyiti tapılan Türkiyə vətəndaşının şəxsiyyətlərini müəyyən edə bilib.

“Bir amerikalının və bir türkün meyitlərini məhbuslarla birlikdə geri göndəririk”,- deyə Priqojin bildirib.



O, ABŞ vətəndaşının Baxmutda döyüşərkən həlak olduğunu, Türkiyə vətəndaşının isə Ukrayna qüvvələri tərəfindən vurulan binanın dağıntıları altından Türkiyə vətəndaşı olan qadınla birlikdə tapıldığını, lakin qadının meyitini çıxarmağın mümkün olmadığını deyib.

“Vaqner”in başçısı əlavə edib ki, ölən ABŞ vətəndaşı ABŞ Xüsusi Hərbi Hava Qüvvələrinin keçmiş əsgəri Nikolas Maymerdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}