"Barselona" transferə 300 milyon avro xərcləyəcək
Tarix: 04-04-2019 00:05 | Bölmə: İdman / Xəbərlər
"Barselona" transferə 300 milyon avro xərcləyəcək

"Barselona" yay transferi üçün 300 milyon avro büdcə ayırmağa qərar verib.

İspaniya mətbuatı xəbər verir ki, Kataloniya klubu bu məbləğin 75 milyon avrosunu "Ayaks"ın yarımmüdafiəçisi Frenk de Yonq üçün ödəməyi planlaşdırır. "Barsa"nın digər hədəflərinin Luka Yoviç və Antuan Qrizmann olduğu iddia olunub.

Ancaq bu büdcənin ayrılması üçün La Liqa təmsilçisi bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Bu oyunçuların Filip Koutinyo, Samuel Umtiti və İvan Rakitiç olduğu iddia olunur.(Qol.az)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}