16:39 / 28-11-2024
Sabah qar yağacaq
“Real” 20 ildə ilk dəfə 12 oyunda uduzub
Tarix: 20-05-2019 14:58 | Bölmə: İdman
“Real” 20 ildə ilk dəfə 12 oyunda uduzub

Madridin “Real” klubu mövsümü öz meydanında “Betis”ə 2:0 hesabı ilə məğlub olmaqla başa vurdu.

Reyting.az xəbər verir ki, “Kral klubu” 68 xalla (21 qələbə, 5heç-heçə və 12 məğlubiyyət) turnir cədvəlində 3-cü yeri tutub,

“Real” son 20 ildə ilk dəfə çempionatda 12 oyunda uduzub.

Komandanın ən çox (13 dəfə) uduzması isə 1973/74-cü il mövsümündə qeydə alınıb.

“Real”ın çempionatda 12 oyunu uduzduğu 7 mövsüm bunlardır – 1947/48, 1950/51, 1976/77, 1990/91, 1993/94, 1995/96 və 1998/99).

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər