23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Məşhur futbolçu "Çelsi" azarkeşlərinə çağırış etdi
Tarix: 20-05-2019 17:51 | Bölmə: İdman
Məşhur futbolçu "Çelsi" azarkeşlərinə çağırış etdi

Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı vaxtilə formasını geyindiyi İngiltərənin "Çelsi” komandasının azarkeşlərinə çağırış edib.

"Report” xəbər verir ki, Bakıda səfərdə olan 42 yaşlı veteran yarımmüdafiəçi "Instagram” hesabı vasitəsi ilə fanatlara səslənib: "Salam, "Çelsi” azarkeşləri! Bakıdakı səhər yeməyimi bitirdim. Sizin hamınızı Bakıdakı böyük finalda görəcəyimi ümid edirəm. Əlbəttə ki, "Çelsi”nin qalib gəlməyini istəyirəm”.

Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi "Arsenal” ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya əsilli veteran oyunçu 2008 – 2010-cu illərdə "Çelsi”də çıxış edib. O, Portuqaliyanın "Portu” və İspaniyanın "Barselona” komandasının üzvü olub.




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}