23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Xavi karyerasını başa vurdu - Son oyunda məğlub oldu
Tarix: 21-05-2019 00:34 | Bölmə: İdman
Xavi karyerasını başa vurdu

“Barselona”nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Xavi karyerasında sonuncu oyununu keçirib.

Reyting.az xəbər verir ki, 39 yaşlı əfsanəvi futbolçu Qətərin “Al-Sadd” klubunun heyətində Asiya Çempionlar liqasında İranın “Persepolis”i oynayıb və Xavinin komandası 0:2 hesabı ilə məğlub olub.

Əvvəlcədən xəbər verildiyi kimi, Xavi oyunçu karyerasının başa vurandan sonra “Al-Sadd”-ın yeni baş məşqçisi olacaq. Onun klubla 3 illik müqaviləsi var.

Qeyd edək ki, Xavi “Barselona”nın heyətində 8 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə Kubokunu və 6 dəfə İspaniya Superkubokunu qazanıb. O, həmçinin dördqat Çempionlar liqasının qalibidir. Daha iki dəfə UEFA Superkubokunda və dünya klub çempionatında qalib gəlib.

Adlı-sanlı yarımmüdafiəçi İspaniya millisinin heyətində isə 2010-cu ildə Dünya çempionatının, 2008 və 2012-ci ildə Avropa çempionatının qalibi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}