Kaparros “Sevilya”dan getdi
Tarix: 22-05-2019 19:38 | Bölmə: İdman
Kaparros “Sevilya”dan getdi

“Sevilya”nın baş məşqçisi Xoakin Kaparros postundan gedir və klubun strukturunda çalışacaq.

Reyting.az xəbər verir ki, ispaniyalı komandanın baş məşqçisi kimi sonunçu oyunu mayın 23-də baş tutacaq.

“Sevilya” “Simba” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Klubun yeni baş məşqçisini rəhbərliyin bu həftə müəyyənləşdirəcəyi bildirilir.

Xatırladaq ki, 63 yaşlı Kaparros komandanı başa çatan mövsümün gedişində qəbul edib. Nəticədə “Sevilya” mövsümü beşinci yerdə başa vurub.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}