Villaş-Boaş “Marsel”in baş məşqçisi oldu
Tarix: 28-05-2019 19:39 | Bölmə: İdman
Villaş-Boaş “Marsel”in baş məşqçisi oldu

Andre Villaş-Boaş “Marsel”in rəsmən baş məşqçisi olub.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa klubunun rəsmi saytında məlumat yayılıb.

41 yaşlı mütəxəssisin “Marsel” ilə müqaviləsi iki illik nəzərdə tutulur. Villaş-Boaş 2019-cu il iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl KİV-lərdə yayılan informasiyaya görə, portuqaliyalı “Marsel”də ayda təxminən 600 min avro qazanacaq.

2018/19-cu il mövsümünün nəticəsinə görə, “Marsel” çempionatda 5-ci yeri tutub və gələn mövsüm Avropa liqasında oynayacaq.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2017-ci ilin noyabr ayında Çinin “Şanxay” klubundan istefaya göndəriləndən bəri işsiz qalmışdı.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}