“Çelsi”nin kapitanı: “Biz titul aclığı yaşayırıq"
Tarix: 28-05-2019 21:32 | Bölmə: İdman
“Çelsi”nin kapitanı: “Biz titul aclığı yaşayırıq"

“İyuldan etibarən baş məşqçimiz Mauritso Sarri ilə gərgin işləyirik. Yüksəliş və enişlər oldu. Amma bütün bu gərgin işin nəticəsində burdayıq”.

Bu sözləri İngiltərənin “Çelsi” komandasının kapitanı Sesar Aspilikueta UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı müdafiəçi bildirib ki, Liqa Kubokunun finalında “Mançester Siti”yə penalti seriyasında bəxtsizlikdən uduzublar: “Sarrinin gələcəyi barədə danışmaq istəmirəm. Biz həmişə birgə probemlərdən həll yolları axtarırdıq və bunu bacardığımızı düşünürəm”.

Aspilikueta “Çelsi” kimi komandaların üzərində hər zaman təzyiq olduğunu deyib: “Biz titul aclığı yaşayırıq. Mövsümün əvəlində mübarizəyə böyük həvəslə başlayırıq. Hər bir oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Sabah bizim üçün böyük bir fürsətdir. Daha öncə də Avropa Liqasını qazanmışıq. Bunu təkrar etmək istəyirik. Bu komandaya kapitanlıq etmək mənim üçün böyük şərəfdir. İndi kuboku başım üzərimdə qaldırmaq haqda düşünmürəm. Oyuna köklənməliyik. Hər iki klub üçün önəmli matçdır”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}