Avroliqa: "Qarabağ" qalib gəlib - Yenilənib
Tarix: 07-10-2022 00:52 | Bölmə: İdman / Xəbərlər
Avroliqa: "Qarabağ" qalib gəlib

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

Reyting.az
xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oyunun 5-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı hesabda önə keçirsə də, VAR sisteminin müdaxiləsindən sonra qol ləğv olunub.

İlk hissə başa çatıb: 0:0.

İkinci hissənin 70-ci dəqiqəsində "Qarabağ" hesabı açıb: 0:1.

82-ci dəqiqədə komandamız daha bir qola imza atıb: 0:2.

86-cı dəqiqədə isə Ramil Şeydayev çox gözəl qolla hesabı artırıb: 0:3.

Oyun bu hesabla başa çatıb.

Xatırladaq ki, qrupdakı digər oyunda "Freiburq" "Nant"ı məğlub edib: 2:0.

Beləliklə, Almaniya klubu bu oyunla qrupda ilk, "Qarabağ" isə 2-ci pillədə qərarlaşıb.

"Olimpiako" xalsızdır, "Nant" isə 3 xalla 3-cü yerdədir.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanda oynanılacaq "Olimpiakos" - "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Reyting.az
xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}